İstintaq təcridxanasına narkotik keçirilməsinin qarşısı alınıb

İstintaq təcridxanasına narkotik keçirilməsinin qarşısı alınıb
# 14 avqust 2014 08:59 (UTC +04:00)

Bakı. Hafiz Heydərov - APA. Azərbaycanda istintaq təcridxanasına narkotik keçirilməsinin qarşısı alınıb.

Ədliyyə Nazirliyi Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, həyata keçirilmiş axtarış-baxış tədbirləri nəticəsində 3 saylı İstintaq təcridxanasında saxlanılan, həbs edilmiş şəxs Teymur Ağaverdi oğlu Dadaşova qohumu vətəndaş Yaşar Zahid oğlu Hüseynovun gətirdiyi sovqata baxış keçirilən zaman, xurmanın içərisində sellofana bükülərək gizlədilmiş, xalis çəkisi 1.523 qram olan narkotik vasitə heroin aşkar edilərək götürülüb.

Fakt üzrə araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR