Dövlət əmlakı ilə bağlı 2250-ə yaxın illik xüsusi hesabat elektron xidmət vasitəsilə təqdim edilib

Dövlət əmlakı ilə bağlı 2250-ə yaxın illik xüsusi hesabat elektron xidmət vasitəsilə təqdim edilib
# 29 oktyabr 2014 15:18 (UTC +04:00)

Bakı. Musa Əhmədov – APA-Economics. Bu ilin yanvar-sentyabr ayları ərzində 5590-a yaxın dövlət müəssisə və təşkilatı “Dövlət əmlakının qorunub saxlanılması və ondan səmərəli istifadə vəziyyəti haqqında illik xüsusi hesabat forma”sını təqdim edib.

Əmlak Məsələləri Dövlət Komitəsindən “APA-Economics”ə verilən məlumata görə, bu barədə komitənin 2014-cü ilin yanvar-sentyabr aylarında görülmüş işlər və qarşıda duran vəzifələrə dair geniş müşavirədə bildirilib.

Müşavirədə qeyd olunub ki, bunlardan 2250-ə yaxını elektron xidmət vasitəsilə təqdim edilib.

2014-cü il oktyabrın 1-i vəziyyətinə komitənin sərəncamında olan dövlət müəssisələrindən 55-i və dövlətə məxsus səhmləri olan səhmdar cəmiyyətlərindən 164-ü illik balans hesabatlarını təqdim ediblər.

Hesabat dövründə 5798 müəssisə və təşkilatdan daşınmaz dövlət əmlakı barəsində yeni qeydiyyat vərəqələri alınıb, 2786 ədəd Registrdən çıxarış sənədi hazırlanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR