Prokurorluq işçilərinə intizam tənbehinin verilməsi müddəti dəyişib

Prokurorluq işçilərinə intizam tənbehinin verilməsi müddəti dəyişib
# 14 iyun 2016 14:04 (UTC +04:00)

Bakı. Ramiz Mikayıloğlu - APA. Azərbaycan Respublikası Prokurorluğu İşçilərinin Etik Davranış Kodeksinin tələblərinə riayət etməyən prokurorluq işçiləri barədə intizam tənbehi tətbiq olunacaq.

APA-nın məlumatına görə, bu, Milli Məclisin plenar iclasında qəbul edilən "Prokurorluq orqanlarında qulluq keçmə haqqında" qanuna edilən dəyişiklikdə əksini tapıb.

Digər dəyişiklik intizam tənbehinin verilməsi müddəti ilə əlaqədardır. İndiyə qədər intizam xətası törədildiyi gündən 1 il keçdikdə, prokurorluq işçisinə intizam tənbehi verilə bilməzdi. Dəyişikliyə əsasən artıq 1 il yox, intizam xətası törədildiyi gündən 3 il keçdikdə, prokurorluq işçisinə intizam tənbehi verilə bilməz.

Məsələ səsverməyə çıxarılaraq qəbul edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR