Bank Of Baku

ABŞ-da kranın aşması nəticəsində 4 nəfər ölüb, 3 nəfər xəsarət alıb

ABŞ-da kranın aşması nəticəsində 4 nəfər ölüb, 3 nəfər xəsarət alıb
# 28 aprel 2019 08:10 (UTC +04:00)

ABŞ-ın Sietl şəhərində inşaat kranının aşması nəticəsində 4 nəfər ölüb.

ONA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə şəhər rəhbərliyinin internet səhifəsində məlumat yer alıb.

Bildirilib ki, qaldırıcı kran avtomobil yolunda avtomobillərin üstünə aşıb. Hadisə nəticəsində daha 3 nəfər də xəsarət alıb. Yaralılar xəstəxanaya yerləşdirilib.

İnsident nəticəsində ölənlərdən ikisi kranın kabinəsində, digər iki nəfər isə kranın altında qalan avtomobillərdə olub.

Bundan başqa, kran 6 avtomobili də əzib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR