Türkiyə səfirliyində Soma faciəsi ilə bağlı yardım kampaniyasında iştirak edənlərin mükafatlandırılması mərasimi keçirilib - FOTOSESSİYA - VİDEO

Türkiyə səfirliyində Soma faciəsi ilə bağlı yardım kampaniyasında iştirak edənlərin mükafatlandırılması mərasimi keçirilib - <span style="color: red;">FOTOSESSİYA  - <span style="color: red;">VİDEO
# 29 sentyabr 2014 11:00 (UTC +04:00)

APA-nın xəbərinə görə, bu sözləri Türkiyənin Manisa vilayətinin Soma qəsəbəsindəki kömür mədənində baş verən faciənin qurbanlarına yardım kampaniyasında iştirak edənlərin mükafatlandırılması mərasimində Türkiyənin Azərbaycandakı səfiri İsmayıl Alper Coşkun deyib.


Səfir bildirib ki, faciənin acısının yeni olduğu bir zamanda telefonla zəng edən, səfirliyə gələn və faciə qurbanlarının yaxınlarına, ailələrinə maddi və mənəvi yardım edən həm Azərbaycan rəsmiləri, həm də sıravi vətəndaşlar Türkiyənin acısını sahibləniblər: “Bu, bizə doğrudan da qürur hissi yaşatdı. Hər şeydən önəmlisi, biz özümü Türkiyədə güclü hiss etdik".

Azərbaycan Aypara Cəmiyyətinin sədri, millət vəkili Novruz Aslan yardım kampaniyasında xeyli insanın iştirak etdiyini söyləyib: “Qərara aldıq ki, Qızıl Aypara Cəmiyyətinin təşəbbüsü ilə bu kampaniyaya başlayaq. Cəmiyyət kampaniyanı çox uğurla başa çatdırdı. Bunun nəticəsidir ki, bu gün bu zalda iştirakçıların mükafatlandırılmasında Türkiyənin Qızıl Ay cəmiyyəti də iştirak edir”.

Mərasimdə kampaniyada fəal iştirak edən millət vəkilləri, mədəniyyət və incəsənət xadimləri, media nümayəndələri mükafatlandırılıb. Mükafatlandırılanlar sırasında APA İnformasiya Agnetliyi də olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR