Prezident Pediatriya İnstitutu ilə Mamalıq və Ginekologiya İnstitutunun maddi-texniki bazasının möhkəmləndirilməsi ilə bağlı sərəncam imzalayıb

Prezident Pediatriya İnstitutu ilə Mamalıq və Ginekologiya İnstitutunun maddi-texniki bazasının möhkəmləndirilməsi ilə bağlı sərəncam imzalayıb
# 10 aprel 2013 16:41 (UTC +04:00)

Bakı – APA. Azərbaycan Prezidenti İlham Əliyev Səhiyyə Nazirliyinin Elmi Tədqiqat Pediatriya İnstitutunun və Elmi Tədqiqat Mamalıq və Ginekologiya İnstitutunun maddi-texniki bazasının möhkəmləndirilməsi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb. APA-nın xəbərinə görə, sərəncama əsasən Elmi Tədqiqat Pediatriya İnstitutunun və Elmi Tədqiqat Mamalıq və Ginekologiya İnstitutunun təmiri və müasir avadanlıqla təchiz olunması məqsədilə 2013-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Səhiyyə Nazirliyinə ilkin olaraq 2 milyon (hər institut üçün 1 milyon) manat ayrılacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR