Azərbaycan, Ermənistan və Rusiya prezidentlərinin üçtərəfli görüşünün vaxtı məlum olub - YENİLƏNİB

Azərbaycan, Ermənistan və Rusiya prezidentlərinin üçtərəfli görüşünün vaxtı məlum olub - <span style="color: red;">YENİLƏNİB
# 09 iyun 2016 16:31 (UTC +04:00)

Bakı –APA. Rusiya, Azərbaycan və Ermənistan prezidentlərinin Dağlıq Qarabağ nizamlanması üzrə üçtərəfli görüşünün vaxtı məlum olub.

APA-nın məlumatına görə, Rusiya Xarici İşlər Nazirliyindəki mənbə “RİA Novosti”yə bildirib ki, görüş iyun ayının sonlarına planlaşdırılır.

*** 16.42

Moskva. Fərid Əkbərov - APA. Rusiyanın Sankt-Peterburq şəhərində Azərbaycan, Ermənistan və Rusiya prezidentləri İlham Əliyev, Serj Sarkisyan və Vladimir Putinin üçtərəfli görüşü keçirilə bilər.

Bu barədə APA-nın Moskva müxbirinə Rusiya XİN-dəki mənbə bildirib.

Mənbənin sözlərinə görə, hazırda belə bir görüşün keçirilməsinin mümkünlüyü araşdırılır: "Tərəflər razılıq versə, görüş barədə Prezident administrasiyaları məlumat yayacaq".

Qeyd edək ki, bu gün Rusiya XİN Sankt-Peterburqda Dağlıq Qarabağ münaqişəsi ilə bağlı üçtərəfli sammitin keçiriləcəyi ilə bağlı məlumat yayıb.

Məlumatda Rusiya xarici işlər nazirinin müavini Qriqori Karasinin Fransanın Rusiyadakı səfiri Jan Moris Riperlə Sankt-Peterburqda keçiriləcək Dağlıq Qarabağ münaqişəsi ilə bağlı üçtərəfli sammiti müzakirə etdiyi bildirilib.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR