Bank Of Baku

Heydər Əliyev prospektində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

Heydər Əliyev prospektində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq
# 27 aprel 2018 15:53 (UTC +04:00)

Heydər Əliyev prospektinin “Böyük Şor” yol qovşağından Xətai prospekti ilə kəsişməyədək olan hissəsində hər iki istiqamət üzrə yan yollar boyu üfüqi nişanlanma xətlərinin rənglənməsi ilə əlaqədar olaraq, aprel ayının 27-dən 28-nə keçən gecə hərəkət məhdudlaşdırılacaq.

 

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən “APA-Economics”ə verilən məlumata görə, məhdudlaşdırma səhər saatlarınadək bir neçə saatlıq qüvvədə olacaq.

 

Sürücülərdən qeyd olunan saatlarda alternativ olaraq prospektin əsas yolundan istifadə etmələri xahiş olunur.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR