Gürcüstan azərbaycanlılarının miqrasiya problemi müzakirə olunub

Gürcüstan azərbaycanlılarının miqrasiya problemi müzakirə olunub
# 29 yanvar 2013 13:19 (UTC +04:00)

Bakı. Etibar Məmmədov – APA. Bakıda Bütöv Azərbaycan Ocaqları Təşkilatının təşəbbüsü ilə Gürcüstanda yaşayan azərbaycanlıların miqrasiya probleminə həsr olunan tədbir keçirilib. APA-nın məlumatına görə, tədbirdə çıxış edən AMEA-nın şöbə müdiri Hidayət Nuriyev Gürcüstanda yaşayan azərbaycanlıların üzləşdiyi problemlərdən danışıb. O xatırladıb ki, Gürcüstanda yaşayan soydaşlarımıza qarşı Azərbaycanda miqrasiya ilə əlaqədar tələblər gücləndirilib: “Təbii ki, miqrasiya xidməti qanuni tələbləri yerinə yetirir. Lakin bu sahədə cərimələrin çox olması soydaşlarımıza problemlər yaradır və onların bu cərimələri ödəməyə maddi imkanı çatmır. Bizim tələbimiz ondan ibarətdir ki, Borçalıda yaşayan soydaşlarımıza qarşı Dövlət Miqrasiya Xidməti tərəfindən yumşaldılmış rejim tətbiq edilsin və müəyyən güzəştlər olunsun. Məsələn, burada yaşama müddəti artırılsın, yaşlılara ölkəmizdə uzunmüddətli məskunlaşma imkanı verilsin, cərimələr azaldılsın. Çünki orada yaşayan soydaşlarımız işsizdir. Biz Dövlət Miqrasiya Xidmətinə müraciət etmişik və onlar parlamentə təqdim etmək üçün sənəd hazırlayır”.

H. Orucov onu da əlavə edib ki, soydaşlarımızın Gürcüstandan Azərbaycana axınının qarşısını almaq üçün onlara Gürcüstanda iş şəraiti yaratmaq lazımdır.

Hüquqşünas Əlövsət Əliyev isə bəyan edib ki, miqrasiya sahəsində olan mövcud qanun Gürcüstanda yaşayan soydaşlarımıza müəyyən müddət şamil olunmamalı və onların Azərbaycanda rahat şəkildə məskunlaşması və çalışması üçün ayrıca dövlət siyasəti aparılmalıdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR