Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Sabirabad rayon şöbəsinin direktorunun apellyasiya məhkəməsi başlayıb

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Sabirabad rayon şöbəsinin direktorunun apellyasiya məhkəməsi başlayıb
# 31 yanvar 2013 10:18 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Şirvan Apellyasiya Məhkəməsində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Sabirabad rayon şöbəsinin direktoru Bariz Mehdizadə, həmin şöbənin əməkdaşları İsgəndər Nadirov, Əli Məmmədli, Qəfər Əsgərov, Anar Muradov, Hacı Rəhimov, Mehman Əsədov, Mirələm Səmədov, Həmzə Əkbərovun apellyasiya şikayətləri əsasında məhkəmə prosesi başlayıb.

APA-nın məlumatına görə, ilkin baxış iclasında təqsirləndirilən şəxslərə hüquqları izah olunub. Məhkəmənin baxış iclası isə fevralın 13-nə təyin olunub.

İttihama görə, Bariz Mehdizadə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Sabirabad rayon şöbəsinin direktoru vəzifəsində işləyərkən həmin şöbənin bir sıra vəzifəli şəxsləri ilə qabaqcadan cinayət əlaqəsinə girib. Onlar həmin şöbədən müavinət almaq istəyən şəxslərin pullarını mənimsəyiblər. Bəzi vətəndaşlardan rüşvət alıblar. Bununla da təqsirləndirilən şəxslər Cinayət Məcəlləsinin 179.3.1, 179.3.2-ci (mənimsəmə və ya israf etmə), 311.3.1, 311.3.2, 311.3.3-cü (rüşvət alma) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham ediliblər.

Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Bariz Mehdizadə 10 il, İsgəndər Nadirov 10 il, Əli Məmmədli 9 il 6 ay, Qəfər Əsgərov 9 il, Anar Muradov 8 il 6 ay, Hacı Rəhimov 9 il, Mehman Əsədov 8 il 6 ay, Mirələm Səmədov 9 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Həmzə Əkbərov isə 8 il 6 ay müddətinə şərti cəza alaraq məhkəmə zalından azadlığa buraxılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR