Bu axşam “Sabah” futbol klubuna azarkeşlik edəcəyik.
APA xəbər verir ki, bunu Litvanın xarici işlər naziri Kestutis Budris Azərbaycanın XİN rəhbəri Ceyhun Bayramovla birgə mətbuat konfransında deyib.
Nazir bildirib ki, bu axşam Bakı Olimpiya Stadionunda Çempionlar Liqasının V turu çərçivəsində “Sabah” futbol klubunun “Barselona”ya qarşı oyununu izləyəcək.
“Valdas Dambrauskas və “Sabah” axşamkı oyuna hazırlaşırlar. Mən də nazir Ceyhun Bayramovla birlikdə “Sabah”a azarkeşlik edəcəyəm. Çünki bütün sahələrdə, o cümlədən futbolda qələbə qazanmaq bizim taleyimizdir”, - nazir qeyd edib.
Qeyd edək ki, "Sabah" - "Barselona" matçı Bakı vaxtı ilə 21:45-də başlayacaq.
Xatırladaq ki, “Sabah”ın baş məşqçisi litvalı futbol mütəxəssisi Valdas Dambrauskasdır.