Misir prezidentinin iqamətgahına hücum olub, bir nəfər ölüb, 32 nəfər yaralanıb

Misir prezidentinin iqamətgahına hücum olub, bir nəfər ölüb, 32 nəfər yaralanıb
# 02 fevral 2013 08:34 (UTC +04:00)

APA-nın məlumatına görə, 23 yaşlı Misir vətəndaşı təhlükəsizlik qüvvələri ilə baş verən qarşıdurma zamanı aldığı xəsarətdən xəstəxanada vəfat edib. İğtişaşlarda 32 nəfər müxtəlif dərəcəli xəsarətlərlə hospitallara yerləşdirilib.

Xatırladaq ki, ötən gün 100-ə yaxın Misir vətəndaşı prezident iqamətgahı qarşısına toplaşaraq polisə daş və fişəng atmağa başlayıblar. Bir neçə Molotov kokteyli hasarlardan içəri, iqamətgahın qarşısına düşüb. Təhlükəsizlik qüvvələri hücumun qarşısını almaq üçün gözyaşardıcı qazdan istifadə ediblər. Həmçinin polis müxalifətin iqamətgahın yaxınlığında təxminən bir ay öncə qurulmuş çadır düşərgəsini də dağıdıb.

Hazırda hadisə yerində vəziyyət stabildir.

Aksiya iştirakçılarının bu hərəkəti Misir lideri Məhəmməd Mursinin Por-Səid, İsmailliyə və Süveyş vilayətlərində 30 günlük fövqəladə vəziyyət elan etməsinə səbəb olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR