ABŞ-ın Azərbaycandakı səfirliyi iftar süfrəsi təşkil edib

ABŞ-ın Azərbaycandakı səfirliyi iftar süfrəsi təşkil edib
# 22 iyun 2016 19:19 (UTC +04:00)

Bakı. Məlahət Nəcəfova-APA. Bu gün ABŞ-ın Azərbaycandakı səfirliyi iftar təşkil edib.

APA-nın məlumatına görə, məclisə Qafqaz Müsəlmanları idarəsinin sədr müavini Hacı Salman Musayev, Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı, digər ictimai, siyasi, dini xadimlər, səfirlər qatılıb.

Qonaqları salamlayan səfir Robert Sekuta bu iftar məclisinin əlamətdar ilə təsadüf etdiyini deyib.

Onun sözlərinə görə, 2016-cı il Azərbaycanıda multikulturalizm ili elan olunub: "Zəngin tarixə malik mutikulturalizm dəyərlərinə malik Azərbaycan bu və digər sahələrdə başqalarına örnək olmaq baxımından mühüm rol oynayır".

Səfir ABŞ-da 3 milyondan artıq müsəlmanın yaşadığını bildirərək, onların ölkədə bir çox sahələrdə aktiv fəaliyyət göstərdiyini əlavə edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR