Britaniya Parlamenti Lordlar Palatasının üzvü: “I Avropa Oyunlarının Bakıda keçirilməsi Azərbaycanın gələcək inkişafı üçün mühüm amildir” - VİDEO

Britaniya Parlamenti Lordlar Palatasının üzvü: “I Avropa Oyunlarının Bakıda keçirilməsi Azərbaycanın gələcək inkişafı üçün mühüm amildir” - <span style="color: red;">VİDEO
# 26 mart 2015 21:19 (UTC +04:00)

APA-nın Londonda olan müxbirinin sualını cavablandıran Tom Çandos I Avropa Oyunlarının Bakıda keçirilməsi Azərbaycanın gələcək inkişafı üçün mühüm amil kimi qiymətləndirib. Onun sözlərinə görə, idman ilk növbədə insanları və ölkələri birləşdirən çox gözəl vasitədir. “I Avropa Oyunları Azərbaycan dövlətinə, xalqına və idmana mühüm fayda verəcək”.

Böyük Britaniya və Azərbaycan əlaqələrinə toxunan T.Çandos iki ölkə arasında ticarət dövriyyəsinin artırılması üçün gözəl imkanların olduğunu bildirib. O, xüsusilə media sahəsindəki münasibətlərin ikitərəfli əlaqələrin güclənməsində mühüm rol oynaya biləcəyini deyib.

Qeyd edək ki, “Paşabank”ın, “British Council” və “Tomson” fondunun təşkilatçılığı ilə bir qrup azərbaycanlı jurnalist Londonda səfərdədir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR