SOCAR: DESFA ilə bağlı danışıqların uzanmasına səbəb Avropadakı bürokratiyadır

SOCAR: DESFA ilə bağlı danışıqların uzanmasına səbəb Avropadakı bürokratiyadır
# 04 aprel 2015 10:39 (UTC +04:00)

APA-Economics”in məlumatına görə, bunu jurnalistlərə SOCAR prezidenti Rövnəq Abdullayev bildirib.

Onun sözlərinə görə, danışıqların uzanmasına səbəb Avropada olan ağır bürokratiyadır: “DESFA-nın səhmlərinin özəlləşdirilməsi ilə bağlı Avropa İttifaqı ilə danışıqlar hələ də gedir. Hansı qərarlar qəbul ediləcəksə, biz də ona görə hərəkət edəcəyik”.

Xatırladaq ki, DESFA-nın SOCAR tərəfindən özəlləşdirilməsi məsələsinə Avropa Komissiyasının Rəqabət üzrə Baş Direktorluğunda baxılır.

2013-cü il iyulun 31-də Yunanıstanın Dövlət Əmlakının İdarə Edilməsi Fondu (Hellenic Republic Asset Development Fund, HRADF) DESFA qazpaylayıcı şirkətinin 66%-lik səhm paketinin SOCAR tərəfindən 400 mln. avroya alınmasına dair sövdələşməni təqdir edib.

2013-cü ilin dekabr ayında SOCAR ilə Yunanıstanın Dövlət Özəlləşdirmə Fondu və “Petroleum” şirkəti arasında “Səhmlərin Alqı-Satqı Müqaviləsi” və “Səhmdarlar haqqında Müqavilə” imzalanıb.

SOCAR DESFA-nın səhmlərinin 31%-ni Yunanıstan hökumətindən, 35%-ni “Hellenic Petroleum SA” şirkətindən alır. DESFA üzərində nəzarətin SOCAR şirkətinə verilməsinə qədər Yunanıstan şirkətinin səhmlər paketinə HRADF tərəfindən nəzarət edilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR