Paşha Bank
Bank Of Baku

Şəkidə piyadanı vurub qaçan sürücü tutulub

Şəkidə piyadanı vurub qaçan sürücü tutulub
# 11 aprel 2019 17:29 (UTC +04:00)

Şəkidə piyadanı vurub hadisə yerindən qaçan sürücü saxlanılıb.

ONA-nın şimal-qərb bürosunun məlumatına görə, aprelin 10-da saat 23 radələrində Şəki şəhərinin M.Ə. Rəsulzadə prospektində naməlum avtomobil yolu keçən şəhər sakini Oqtay Abdurəhimovu vurmuş və nəticədə piyada aldığı bədən xəsarətlərindən hadisə yerində ölüb.

Şəki Şəhər-Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində həmin hadisəni törədən şəxsin Şəki rayonunda məskunlaşmış Laçın rayon sakini Təvəkkül Qasımov olduğu müəyyən olunub. T. Qasımov  saxlanılaraq idarə etdiyi avtomobillə birgə ŞRPŞ-nin İstintaq bölməsinə təhvil verilib.

Vüqar Heydərov

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR