Paşha Bank
Bank Of Baku

Şəkidə avtomobil ağaca çırpılıb, sürücü ölüb, xəsarət alanlar var - VİDEO - YENİLƏNİB

Şəkidə avtomobil ağaca çırpılıb, sürücü ölüb, xəsarət alanlar var   - VİDEO  - YENİLƏNİB
# 09 oktyabr 2026 20:49 (UTC +04:00)

Şəkidə ağır yol-nəqliyyat hadisəsi baş verib, bir nəfər ölüb, xəsarət alanlar var.

APA-nın Şimal-qərb bürosunun məlumatına görə, hadisə axşam saatlarında Şəki-Qax avtomobil yolunun Şəkinin İnçə kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

İlkin məlumata əsasən, 47 yaşlı Afdandil Mirzəyevin idarə etdiyi “Opel” markalı minik avtomobili idarəetmədən çıxaraq yol kənarındakı ağaca çırpılıb.

Qəza nəticəsində ağır bədən xəsarətləri alan sürücü A. Mirzəyev həyatını itirib.

Hadisə zamanı xəsarət alan sərnişinlər Şəki Rayon Mərkəzi Xəstəxanasının Təcili Tibbi Yardım şöbəsinə yerləşdiriliblər. Yaralılara ilkin tibbi yardım göstərilir, müayinələri aparılır və şəxsiyyətləri dəqiqləşdirilir.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.


****

20:26

Şəkidə yol-nəqliyyat hadisəsi baş verib, xəsarət alanlar var.

APA-nın Şimal-qərb bürosunun məlumatına görə, hadisə axşam saatlarında Şəki-Qax avtomobil yolunun Şəkinin İnçə kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

İlkin məlumata əsasən, hərəkətdə olan avtomobil idarəetmədən çıxaraq yol kənarındakı ağaca çırpılıb.

Qəza nəticəsində xəsarət alan şəxslər Şəki Rayon Mərkəzi Xəstəxanasının Təcili Tibbi Yardım şöbəsinə yerləşdiriliblər. Hazırda yaralılara ilkin tibbi yardım göstərilir, müayinələri aparılır və şəxsiyyətləri dəqiqləşdirilir.

Hadisə yerinə polis əməkdaşları cəlb olunub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR