Nazir müavini Bəhrəm Əliyev: «Azərbaycan 2015-ci ilədək taxıl və ət məhsullarına olan tələbatını özü tam ödəyəcək»

Nazir müavini Bəhrəm Əliyev: «Azərbaycan 2015-ci ilədək taxıl və ət məhsullarına olan tələbatını özü tam ödəyəcək»
# 30 aprel 2013 10:44 (UTC +04:00)

«APA-Economics»in məlumatına görə, bunu jurnalistlərə açıqlamasında kənd təsərrüfatı nazirinin müavini Bəhrəm Əliyev deyib.

B.Əliyev bildirib ki, hələ ölkədə taxıl və ət məhsullarına tələbatın daxili istehsal hesabına ödənilməsində müəyyən problemlər var: «Ət və taxıl məhsullarına olan tələbatın 20-25%-ni idxal hesabına ödəyirik. Artıq 2,8 mln. ton taxıl istehsal olunub və düşünürəm ki, 2015-ci ilə kimi idxalı sıfıra endirəcəyik. Və 2015-ci ildə həm ət, həm də taxıl məhsulları üzrə ixrac potensiallı ölkəyə çevriləcəyik. Bizim 144 ölkə ilə idxal-ixrac əməliyyatlarımız var. Dünya dövlətləri ilə ticarət əlaqələri qurulub, amma bu iki məhsul üzrə ehtiyacımız hələ də tam ödənmir. Bu səbəbdən, əsas məqsəd taxılçılığı inkişaf etdirmək, iri təsərrüfatların yaradılmasına təkan verməkdir. Məhz buna görə də bu gün «Kooperasiya haqqında» qanunu gözləyirik. Bu qanun parlamentdə II oxunuşdadır və qəbul edildikdən sonra belə problem yaranmayacaq».

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR