Saatlı şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması üzrə keçirilmiş beynəlxalq tender yekunlaşıb
30 aprel 2012 15:21 (UTC +04:00)
Bakı - APA-Economics. Azərbaycan hökumətinin Dünya Bankı ilə birgə maliyyələşdirdiyi “Milli Su Təchizatı və Kanalizasiya Xidmətləri Layihəsi” çərçivəsində Saatlı şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması üzrə keçirilmiş beynəlxalq tender yekunlaşıb.
“Azərsu” ASC-nin Mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsindən “APA-Economics”ə verilən məlumata görə, 5 şirkətin təqdim etdiyi təkliflərin tender sənədlərinə uyğunluğu, iddiaçı şirkətlər tərəfindən təqdim edilmiş tender zəmanətinin və onun şərtlərinin təmin edilməsi, təkliflərin tamlığı və tenderin əsas şərtlər toplusunun tələblərinə cavab verməsi hərtərəfli şəkildə qiymətləndirilib.
Qiymətləndirmə nəticəsində daha əlverişli şərtlər təklif edən “Azərsutəchizattikinti” ASC Saatlı şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin tikintisi üzrə tenderin qalibi elan edilib. Dünya Bankından müvafiq razılıq alındıqdan sonra “Azərsu” ASC ilə “Azərsutəchizattikinti” ASC arasında müqavilə imzalanıb.
Layihə çərçivəsində Saatlı şəhərinin su təchizatı və kanalizasiya sistemi tamamilə yenidən qurulacaq. Bu məqsədlə Saatlıda su anbarının, nasos stansiyasının, içməli su laboratoriyası və əməliyyat mərkəzinin yaradılması nəzərdə tutulur. Bununla yanaşı, şəhərdaxili paylayıcı su xətləri çəkilərək 3170 ünvanda qoşulma işləri aparılacaq. Layihəyə əsasən 395 ədəd yanğın hidrantı, əsas və ikinci dərəcəli çirkab su kollektorları, 11 ədəd kanalizasiya nasos stansiyası tikiləcək.
Tikinti-quraşdırma işlərinin 2013-cü ilin sonuna qədər başa çatdırılması nəzərdə tutulur.

İnfrastruktur
Ərdoğan Bakı-Tbilisi-Qars dəmir yolunun tam potensialı ilə fəaliyyət göstərəcəyini deyib
19:32
16 may 2024
Bakıda tıxacların aradan qaldırılması məqsədilə 7 layihə icra ediləcək
17:14
16 may 2024
“Azərişıq” sədri Şəkidə vətəndaşları qəbul edib
17:11
16 may 2024
ADY: İnklüziv nəqliyyat – Maneəsiz səyahət
14:21
16 may 2024