Azərbaycan prezidenti rusiyalı həmkarına başsağlığı verib

Azərbaycan prezidenti rusiyalı həmkarına başsağlığı verib
# 04 may 2012 17:00 (UTC +04:00)
Bakı – APA. Azərbaycan prezidenti İlham Əliyev Rusiya prezidenti Dmitri Medvedevə başsağlığı verib. APA-nın məlumatına görə, başsağlığında deyilir: “Mahaçqalada terror aktı nəticəsində çoxsaylı insan tələfatı haqqında xəbər məni dərindən sarsıtmışdır.
Biz terrorizmin bütün forma və təzahürlərini qətiyyətlə pisləyirik.

Azərbaycan xalqı adından və şəxsən öz adımdan Sizə, həlak olanların doğmalarına və yaxınlarına, bütün Rusiya xalqına dərin hüznlə başsağlığı verirəm. Zərər çəkmişlərin tezliklə sağalmasını arzu edirəm”.

Qeyd edək ki, mayın 3-də törədilmiş terror aktında 13 nəfər həlak olub, 120-yə yaxın insan yaralanıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR