«LUKoil»un Azərbaycandakı yanacaq-doldurma məntəqələri avtomatlaşdırılır

«LUKoil»un Azərbaycandakı yanacaq-doldurma məntəqələri avtomatlaşdırılır
# 03 iyul 2012 07:20 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. «LUKoil-Azerbaijan» QSC 2012-ci ildə yanacaq-doldurma məntəqələrində (I lot) və neft bazasında (II lot) avtomatik idarəetmə sistemlərinin quraşdırılması üçün açıq tender elan edib.

«LUKoil-Azerbaijan»dan «APA-Economics»ə verilən məlumata görə, tenderdə iştirak etmək istəyənlər müvafiq sənədləri avqust ayının 3-dək şirkətə (Səbayıl rayonu, Tağıyev küçəsi,13) təqdim etməlidir.

Zərflər isə avqust ayının 8-də açılacaq.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR