Əfqanıstanlı deputatın qızının toyunda partlayış törədilib

Əfqanıstanlı deputatın qızının toyunda partlayış törədilib
# 14 iyul 2012 08:47 (UTC +04:00)
Bakı – APA. Əfqanıstan parlamentinin Samanqan vilayətindən seçilmiş deputatı Əhməd Xan Samanqani bu gün qızının toy mərasimində törədilən partlayış zamanı həlak olub. APA-nın xəbərinə görə, ilkin məlumatlara əsasən, terror aktı nəticəsində toyda iştirak edən 20-dən artıq qonaq həlak olub.
Əfqanıstanın «Pajvak» agentliyi xəbər verir ki, hadisə «Qəsre Almaz» hotelində keçirilən toyda olan terrorçunun özünü partlatması nəticəsində baş verib.
Əfqanıstan Daxili İşlər Nazirliyinin məlumatlarına əsasən, partlayış nəticəsində 22 nəfər həlak olub və onlarla insan yaralanıb. Bəzi mənbələrin məlumatına görə, yaralıların sayı 100 nəfərdən artıqdır.
DİN həmçinin xəbər verir ki, terror aktı zamanı həmçinin qərb bölgəsi üzrə polis idarəsinin rəisi Səid Əhməd Samah da ağır yaralanıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR