Suriyalı üsyançılar ölkənin Türkiyə ilə sərhədində yerləşən Əzzaz şəhərinə nəzarəti ələ keçirib

Suriyalı üsyançılar ölkənin Türkiyə ilə sərhədində yerləşən Əzzaz şəhərinə nəzarəti ələ keçirib
# 19 iyul 2012 16:01 (UTC +04:00)
APA-nın məlumatına görə, bu barədə “YouTube” servisində videoçarx yerləşdirilib.

Çarxda özünü Azad Suriya ordusunun zabiti kimi təqdim edən şəxs emosional şəkildə bildirir ki, döyüş vaxtı “düşmənin çoxlu sayda əsgər və zabiti məhv edilib, tank və digər zirehli texnikaları yandırılıb”.

Videoçarxda çıxış edənlər Bəşər Əsəd rejiminin sonunun çatdığını bildirərək Dəməşq və Xoms üzərinə yürüşə başlamağa çağırırlar.

Qeyd edək ki, iyulun 18-də Suriya Milli Təhlükəsizlik Xidmətinin binasında törədilən terror aktı nəticəsində müdafiə naziri Davud Raciha, müdafiə nazirinin müavini (Bəşər Əsədin yeznəsi) Asif Şevkət, sabiq müdafiə naziri Məhəmməd Türkmən ölüb, bir neçə nəfər, o cümlədən Suriyanın daxili işlər naziri İbrahim el-Saar və Ali Təhlükəsizlik Şurasının sədri Hişam Bəxtiyar yaralanıb. Terror aktına görə məsuliyyəti öz üzərinə götürən müxalif Suriya Azadlıq Ordusu hadisənin intihar hücumu olmadığını bildirib. Müxalifət liderlərindən biri “Assosiated Press”ə telefonla verdiyi açıqlamada generallar və nazirlərin birgə iclasının keçirildiyi salona bomba yerləşdirdiklərini bildirib. Bundan əvvəl yayılan xəbərlərdə kamikadze hücumunu prezident Bəşər Əsədin mühafizəçilərindən birinin həyata keçirdiyi bildirilirdi.

Britaniyada nəşr olunan “The Guardian” qəzeti dünən Dəməşqdə Milli Təhlükəsizlik Xidmətinin binasında baş verən partlayış zamanı prezident Bəşər Əsədin yaralandığını iddia edib. Qəzet yaralanmış prezidentin təyyarə ilə Lazkiyə lişam şəhərinə aparıldığını, həyat yoldaşı Esma Əsədin isə təyyarə ilə Rusiyaya göndərildiyini yazıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR