ARDNŞ-da Almaniya Bundestaqının üzvləri ilə görüş keçirilib

ARDNŞ-da Almaniya Bundestaqının üzvləri ilə görüş keçirilib
# 07 iyun 2012 14:19 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev - APA-Economics. Bu gün Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) rəhbərliyi ilə Almaniya Bundestaqının üzvləri və Avropa parlamentarlarından ibarət nümayəndə heyəti arasında görüş keçirilib.

ARDNŞ-dan «APA-Economics»ə verilən məlumata görə, tədbirdə ARDNŞ-ın sərmayələr və marketinq üzrə vitse-prezidenti Elşad Nəsirov Azərbaycanın hazırda sürətlə inkişaf edən ölkə olduğunu və bu inkişafda neft-qaz sənayesinin mühüm rol oynadığını bildirib.

E.Nəsirov qədim dövrlərdən neft ölkəsi kimi məşhur olan Azərbaycanın dünya neft sənayesi tarixində önəmli yeri və rolu haqqında Almaniya Bundestaqının və AŞ PA-nın keçmiş üzvü Eduard Lintnerə ətraflı məlumat verib.

E.Nəsirov bildirib ki, qısa müddətdə ölkədə neft-qaz hasilatı rekord səviyyəyə çatdırılıb, etibarlı və şaxələndirilmiş ixrac neft-qaz kəmərləri sistemi yaradılıb. Azərbaycanda həyata keçirilən qlobal və regional əhəmiyyətli neft-qaz layihələri haqda danışan vitse-prezident son illər həmin layihələr çərçivəsində əldə olunmuş nailiyyətlərdən, xüsusilə Avropanın enerji təhlükəsizliyi baxımından Azərbaycanın önəmli rol oynamasından söz açıb, avropalı deputatları maraqlandıran məsələlərə aydınlıq gətirib.

Görüşün sonunda qonaqlara Azərbaycanın neft sənayesi tarixindən bəhs edən kitablar təqdim olunub.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR