Azərbaycan prezidenti İlham Əliyev Böyük Britaniyanın baş naziri ilə görüşüb
07 avqust 2012 11:48 (UTC +04:00)
Bakı-APA. Londonda işgüzar səfərdə olan Azərbaycan prezidenti İlham Əliyev Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının baş naziri Devid Kemeron ilə görüşüb. APA-nın məlumatına görə, prezident İlham Əliyevi baş nazir Devid Kemeron qarşılayıb. Azərbaycan prezidenti və Böyük Britaniyanın baş naziri rəsmi foto çəkdiriblər.
Görüşdə Azərbaycan-Böyük Britaniya ikitərəfli əlaqələrinin yüksək səviyyədə olduğu vurğulanıb. Qeyd edilib ki, Birləşmiş Krallıq ilə Azərbaycan arasında bir sıra sahələrdə, o cümlədən enerji, qeyri-neft sektoru sahələrində uğurlu əməkdaşlıq var və bu əlaqələrin perspektivləri böyükdür.
Azərbaycan ilə Böyük Britaniya arasında beynəlxalq təhlükəsizlik sahəsindəki münasibətlərin də müzakirə olunduğu görüşdə ölkəmizin NATO və Əfqanıstandakı beynəlxalq koalisiyaya dəstəyi yüksək qiymətləndirilib.
Görüşdə regional və beynəlxalq məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.

Xarici siyasət
Hikmət Hacıyev Baydenin müşaviri ilə Ermənistan-Azərbaycan normallaşma prosesini müzakirə edib
22:17
17 may 2024
Aİ Azərbaycan və Ermənistan arasında imzalanan protokol üzrə əldə edilmiş irəliləyişi alqışlayıb
20:39
17 may 2024
Fariz Rzayev Avropa Şurasının Nazirlər Komitəsinin iclasında Azərbaycanın kütləvi mina təhdidi ilə üzləşdiyini bildirib
20:15
17 may 2024
Almaniya XİN rəhbəri: Azərbaycan və Ermənistanın sülh üçün tarixi fürsəti var
20:05
17 may 2024