Şakira azərbaycanlı gənc qızlarla görüşüb - FOTO

Şakira azərbaycanlı gənc qızlarla görüşüb - <font color=red>FOTO</font>
# 13 oktyabr 2012 09:48 (UTC +04:00)
Bu barədə APA-ya UNICEF-in media və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

“Pies Descalzos” və ALAS fondlarının yaradıcısı, eləcə də təhsilin qlobal səviyyədə təşviqatçısı olan Şakira sağlam yaşam tərzi haqqında məlumatlılığı təşviq etmək, eləcə də qızların milli miqyasda təhsilini və idmanda iştirakını təşviq etmək üçün futbolun potensialından necə istifadə edilməsini yeniyetmə qızlarla müzakirə edib. “İdman həm qızlar, həm də oğlanları əhatə etmək üçün gözəl vasitədir və qadın olduqlarına görə üzləşdikləri məhdudiyyətlər üzündən bir çox qızların edə bilmədiyini - digərləri ilə sosial ünsiyyət qurmaq imkanını təmin edə bilər. Təhsil kimi idman da qızlara cəmiyyətdə bərabər hüquqlu oyunçu olmağa yardım edə bilər” – deyə, Şakira bildirib.

14 yaşlı azərbaycanlı Səmayə Şakira ilə söhbət edərkən deyib: “Mən heç vaxt bu yaşda ailə qurmaq üçün futbol oynamaq və ya məktəbə getmək hüququmdan imtina etməyəcəm”.

Qekyd edək ki, Şakira Bakıya FIFA 17 yaşınadək qadınlar arasında futbol üzrə dünya çempionatının rəsmi bağlanışında iştirak etmək, sonra isə Bakı Kristal Zalında solo konsert vermək məqsədilə gəlib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR