Bakı Neft Emalı Zavodunda yanğın baş verib

Bakı Neft Emalı Zavodunda yanğın baş verib
# 01 may 2012 09:57 (UTC +04:00)
Bakı. Hafiz Heydərov – APA. Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunda yanğın olub. APA-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi xəbərə görə, zavodun 4 saylı istehsalat sexində 43 saylı qurğunun koks istehsalı üzrə “R-301” reaktor bölməsinin (4 kameradan ibarət) 2-ci mərtəbəsində 3-cü kameranın alt hissəsində qudron 30 kv.m sahədə və ona bitişik ümumi sahəsi 1600 kv.m olan koks anbarında 200 kv.m sahədə koks yanıb. Qurğu və anbarın qalan hissəsi yanğınsöndürənlər tərəfindən yanğından mühafizə olunub. Yanğın gecə saat 23:02-də yanğınsöndürənlər tərəfindən söndürülüb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR