Azərbaycanlı rejissor Çexiyada keçirilən beynəlxalq teatr festivalının münsiflər heyətində təmsil olunub
25 sentyabr 2012 12:56 (UTC +04:00)
Bakı. Ülkər Rəşidqızı – APA. Dövlət Gənc Tamaşaçılar Teatrının quruluşçu rejissoru və aktyoru Nicat Kazımov beynəlxalq festivaldan qayıdıb.
Teatrın mətbuat xidmətindən APA-ya verilən Çexiyanın Pilsen şəhərində keçirilən dünyaca məşhur “Fandime Divadlu” XX Beynəlxalq Teatr Festivalında Nicat Kazımov münsiflər heyətinin üzvü qismində iştirak edib.
Festivalda müxtəlif ölkələrdən ümumilikdə 17 tamaşa nümayiş etdirilib. Çexiyanın demək olar ki, bütün teatrlarını əhatə edən festivalda Macarıstan, Almaniya, Hollandiya, Polşa, Rusiyadan olan teatr kollektivləri də iştirak edib. Münsiflər heyətində Böyük Britaniyadan teatrşünas Jan Herberd, Rusiyadan Yelena Sergeyeva, İrandan məşhur rejissor Arvand Daştaray, Polşadan Stanislav Dubrova təmsil olunub.
Artıq ikinci dəfə teatrın daxili imkanları hesabına beynəlxalq festivalda iştirak edən N.Kazımov bu şəraiti yaratdığına görə teatrın direktoru Mübariz Həmidova təşəkkürünü bildirib. O, festival çərçivəsində 2013-cü ilin iyun ayında Çexiyada keçiriləcək daha bir festivala dəvət alıb. Həmin festivalda Azərbaycan artıq tamaşa ilə çıxış etməlidir.

İncəsənət
Gəncədə 2 nömrəli musiqi məktəbi özəlləşdirilib, bina boşaldılır
17:49
17 may 2024
"Musiqi kimliyimiz" layihəsi növbəti dəfə Aşıq Şəmşirə həsr olunacaq
15:20
9 may 2024
Moskvada Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr olunmuş xatirə gecəsi keçirilib - FOTO
08:06
9 may 2024
Gəncə Dövlət Filarmoniyasının təqdim etdiyi "Üzbəüz" layihəsinin qonağı Siyavuş Kərimi olub - FOTO
02:55
8 may 2024