Azərbaycan Müdafiə Nazirliyi iki əsgərin ölümü ilə nəticələnən insident barədə məlumat yayıb

Azərbaycan Müdafiə Nazirliyi iki əsgərin ölümü ilə nəticələnən insident barədə məlumat yayıb
# 15 may 2012 11:36 (UTC +04:00)
Nazirliyin mətbuat xidmətinin rəis müavini Teymur Abdullayev APA-ya açıqlamasında bildirib ki, ilkin araşdırmaya görə, əsgər Vüsal Nəbiyevin tabeliyində olan silahdan açılan atəş nəticəsində əsgər yoldaşı Məcnun Qarazadə dünyasını dəyişib. Əsgər V. Nəbiyev isə keçirdiyi həyəcandan intihar edib.

Faktla bağlı cinayət işi başlanıb.

Qeyd edək ki, məlum hadisə ötən gecə Müdafiə Nazirliyinin Qazax rayonunda yerləşən “N” saylı hərbi hissəsində baş verib.

Onu da əlavə edək ki, M. Qarazadə İmişli, V. Nəbiyev isə Hacıqabul Rayon Hərbi Komissarlıqlarından həqiqi hərbi xidmətə çağırılıblar.

Ordu

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR