Bank Of Baku

Kürdəxanı qəsəbəsində tikilən 1 saylı istintaq təcridxanası bu ilin sonunadək istifadəyə veriləcək

Kürdəxanı qəsəbəsində tikilən 1 saylı istintaq təcridxanası bu ilin sonunadək istifadəyə veriləcək
# 29 aprel 2008 12:40 (UTC +04:00)
Bakı. Hacı Zeynalov - APA. Bakının Sabunçu rayonunun Kürdəxanı qəsəbəsində inşa olunan Penitensiar Xidmətin 1 saylı istintaq təcridxanası bu ilin sonunadək istifadəyə veriləcək. APA-nın məlumatına görə, bu barədə ədliyyə nazirinin müavini, Penitensiar Xidmətin rəisi Nazim Ələkbərov bildirib. Şəki və Lənkəranda cəzaçəkmə müəssisələrinin tikintisinin davam etdirildiyini deyən N. Ələkbərovun sözlərinə görə, həmin müəssisələr 2009-cu ilin sonuna kimi istifadəyə veriləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR