Azərbaycan paytaxtında çoxmərtəbəli binanın uçmasında təqsirləndirilən şəxslərə hökm oxunub

Azərbaycan paytaxtında çoxmərtəbəli binanın uçmasında təqsirləndirilən şəxslərə hökm oxunub
# 07 may 2008 09:26 (UTC +04:00)
APA-nın məlumatına görə, məhkəmənin hökmü ilə bu iş üzrə təqsirləndirilən “Mütəfəkkir” MMC-nin baş mühəndisi Əsgər Əliyev 9 il, həmin şirkətin iş icraçıları - Fərhad Həsənov 7 il, Qədir Səlimov 5 il 6 ay, Mürsəl Haqverdiyev 5 il, memar Eldar Rəhimov 4 il 6 ay müddətinə azadlıqdan məhrum olunublar. Məhkəmə digər təqsirləndirilən Bakı Şəhər İcra Hakimiyyətinin Mənzil-kommunal təsərrüfatı idarəsinin sabiq rəisi Akif Məhərrəmovun isə 8 ay müddətinə şərti azadlıqdan məhrum olunması barədə hökm çıxarıb. O, məhkəmə zalından azadlığa buraxılıb. Qeyd edək ki, bu iş üzrə təqsirləndirilən “Mütəfəkkir” MMC-nin rəhbəri Əli Muradov ötən ilin noyabrında həbsxanada dünyasını dəyişib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR