Azərbaycanda radiasiya laboratoriyası fəaliyyətə başlayıb

Azərbaycanda radiasiya laboratoriyası fəaliyyətə başlayıb
# 27 dekabr 2013 13:51 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Azərbaycanda məhsulların tərkibində radiasiya dozasının yoxlanılması üçün laboratoriya fəaliyyətə başlayıb.


«APA-Economics»in məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin sədri Ramiz Həsənov bildirib.

Onun sözlərinə görə, sözügedən laboratoriya Atom Enerjisi üzrə Beynəlxalq Agentliklə müştərək yaradılıb: «Artıq laboratoriya istifadəyə verilib. Yanvar ayından başlayaraq bu laboratoriya tam gücü ilə işləyəcək».


R.Həsənov həmçinin bildirib ki, geni dəyişdirilmiş məhsulların (GMO) yoxlanılması üçün yaradılan laboratoriya çoxdan hazır vəziyyətə gətirilib: «Müəyyən normativ sənədlər bazası yox idi. Artıq həmin sənədlərin hazırlanması istiqamətində iş aparılıb. Bu gün bu laboratoriyada xidmət göstərir, yoxlamalar aparır. Burada əsasən ərzaq, bitki məhsulları və toxumlar yoxlanılır».

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR