Dünya Bankının Cənubi Qafqaz üzrə direktoru dəyişib

Dünya Bankının Cənubi Qafqaz üzrə direktoru dəyişib
# 07 sentyabr 2015 13:06 (UTC +04:00)

APA-Economics”in verdiyi xəbərə görə, direktor vəzifəsinə təyin olunan Mersi Tembon (Mercy Tembon) Azərbaycan, Gürcüstan və Ermənistanda Dünya Bankının ölkələr üzrə əməkdaşlıq strategiyalarının həyata keçirilməsi və inkişafı üzrə işə rəhbərlik edəcək.

M. Tembon vəzifəsinin icrasına oktyabrın 1-dən başlayacaq. O, bu vəzifədə Henri Keralini (Henry Kerali) əvəz edəcək.

Qeyd edək ki, bundan əvvəl M. Tembon 2000-ci ildən Dünya Bankında Afrika Regionunda İnsan Resursları İnkişafı departamentinin təhsil mütəxəssisi, 2012-ci ildən Burkina-Faso və Burundi üzrə direktor vəzifələrində çalışıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR