İran yaxın zamanda 20 hərbi təlim keçirmək niyyətindədir

İran yaxın zamanda 20 hərbi təlim keçirmək niyyətindədir
# 01 sentyabr 2015 20:45 (UTC +04:00)

Məhəmməd Əli Cəfəri həmçinin 2-3 sentyabr tarixlərində İranın Könüllü Səfərbərlər Ordusunun (BƏSİC) təlimlərinin keçiriləcəyini bildirib. Onun sözlərinə görə, təlimlərdə 250 min nəfərdən ibarət 250 batalyon iştirak edəcək: “Könüllülər təlimlər zamanı təhlükəsizlik sahəsində təhdidlərin qarşısının alınması üzrə manevrlər həyata keçirəcək”.

Qeyd edək ki, bu günlərdə İran İslam İnqilabı Keşikçiləri Korpusunun (İİKK) Hərbi Dəniz Qüvvələrinin komandanı kontr-admiral Əli Fədavi İİKK-nin ilin sonunadək iki xüsusi təlimin keçiriləcəyini bildirib. Onun sözlərinə görə, təlimlərin birinə ordunun cəlb ediləcəyi planlaşdırılıb. Əli Fədavi İranın hərbi texnikanı təkmilləşdirməkdə davam etdiyini qeyd edib.

Qeyd edək ki, İran bundan əvvəl yeni raket, torpeda və öz istehsalı olan digər silah və texnikanı – hərbi gəmilər, sualtı qayıqlar, helikopter və təyyarələri sınaqdan keçirib. Xatırladaq ki, İİKK Hərbi Dəniz Qüvvələri fevralda Fars körfəzi və Hörmüz boğazı akvatoriyalarında “Böyük Peyğəmbər” adlı genişmiqyaslı təlimlər keçirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR