Bakıda Naxçıvan MR-in 90 illik yubileyinə həsr olunmuş sərgi keçirilib - FOTOSESSİYA

Bakıda Naxçıvan MR-in 90 illik yubileyinə həsr olunmuş sərgi keçirilib - <span style="color: red;">FOTOSESSİYA
# 12 may 2014 11:21 (UTC +04:00)

Bakı. Cavid Zeynalov - APA. Bakı Biznes Mərkəzində Naxçıvan Muxtar Respublikasının 90 illik yubileyinə həsr olunmuş sərgi keçirilib.

APA-nın məlumatına görə, tədbirdə mədəniyyət və turizm nazirinin müavinləri Ədalət Vəliyev, Vaqif Əliyev, Sevda Məmmədəliyeva, AMEA-nın vitse-prezidenti İsa Həbibbəyli və digər dövlət rəsmiləri iştirak edib.

Tədbirdə çıxış edən mədəniyyət və turizm nazirinin müavini Vaqif Əliyev Naxçıvanın tarixinə nəzər salaraq, muxtar respublikanın keçdiyi tarixi yol barədə məlumat verib. Onun sözlərinə görə, Naxçıvanda yerləşən səhiyyə, təhsil və mədəniyyət obyektlərinə dövlət tərəfindən daim diqqət göstərilib: “Bu gün Naxçıvan tamam dəyişib. Azərbaycanın inkişafı imkan yaradır ki, Azərbaycanın bu qədim mədəniyyət mərkəzində sosial infrastruktur layihələri həyata keçirilsin. Bugünkü sərgi Naxçıvanın uğurlarını əks etdirmək baxımından əhəmiyyətlidir. Bu sərgidə elə tarixi sənədlər var ki, onlar birinci dəfədir nümayiş olunur”.

Naxçıvan MR-in Bakıdakı daimi nümayəndəliyinin rəhbəri Bəxtiyar Əsgərov qeyd edib ki, sərgi Naxçıvan MR-in 90 illiyi ilə bağlı keçirilən növbəti tədbirdir.

Qeyd edək ki, sərgidə Naxçıvan Muxtar Respublikasının səhiyyə, təhsil, sənaye, kənd təsərrüfatı, mədəniyyət və s. sahələrini özündə əks etdirən fotolar nümayiş etdirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR