Şəxsi heyətlə iş üzrə komandir müavinlərinin metodik toplantısı keçirilib - FOTO

Şəxsi heyətlə iş üzrə komandir müavinlərinin metodik toplantısı keçirilib - <span style="color: red;">FOTO
# 13 iyun 2014 11:52 (UTC +04:00)

Bakı. Rəşad Süleymanov - APA. Azərbaycan Silahlı Qüvvələrinin Təlim və Tədris Mərkəzində şəxsi heyətlə iş üzrə komandir müavinlərinin metodik toplantısı keçirilib.

Bu barədə APA-ya Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Tədbirdə Silahlı Qüvvələrdə tərbiyə işinin təkmilləşdirilməsi, şəxsi heyətin mənəvi-psixoloji hazırlığı səviyyəsinin artırılması, hərbi qulluqçuların milli-mənəvi dəyərlər ruhunda tərbiyə edilməsi və psixoloji əməliyyatlar mövzularında məruzələr dinlənilib.

Toplantıda həmçinin qanun pozuntularının, nizamnamədən kənar hərəkətlərin qarşısının alınması məqsədilə tədbirlərin təşkili, hərbi hissələrdə xidmətin günün nizam qaydalarına uyğun yerinə yetirilməsi üçün normal şəraitin yaradılması, kollektivlərdə münasibətlərin sağlam mühit şəraitində qurulması məsələləri ətrafında da fikir mübadiləsi aparılıb.

Bildirilib ki, qeyd olunan bu fəaliyyətlər müdafiə nazirinin tələblərinə müvafiq olaraq komandirlərin və şəxsi heyətlə iş üzrə zabitlərin daim diqqət mərkəzində olmalıdır.

Metodik toplantıya Müdafiə Nazirliyi Mənəvi-Psixoloji Hazırlıq və İctimaiyyətlə Əlaqələr İdarəsinin rəisi polkovnik Rüfət Əmirovun geniş məruzəsi ilə yekun vurulub.

Ordu

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR