Rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov Şamaxıda vətəndaşları qəbul edib

Rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov Şamaxıda vətəndaşları qəbul edib
# 21 dekabr 2013 15:15 (UTC +04:00)

Şamaxı. Elvin Yaqubov - APA. Rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov dekabrın 21-də Şamaxı rayonunda vətəndaşları qəbul edib. APA-nın məlumatına görə, nazir qəbul zamanı Ağsu, Şamaxı, Qobustan rayonlarından gələn 50-ə yaxın vətəndaşı dinləyərək, onların şikayət və təklifləri ilə tanış olub. Nazir görüşdə vətəndaşların səsləndirdiyi müraciət və şikayətlərlə əlaqədar aidiyyəti qurumların rəhbərlərinə göstəriş və tapşırıqlar verib.

Müraciətlər əsasən yeni salınan kəndlərdə elektron ATS-lərin qurulması, internet xidmətlərinin keyfiyyətinin yaxşılaşdırılması, telekommunikasiya, televiziya və radio yayımı xidmətlərindəki mövcud vəziyyət, bu xidmətlərin keyfiyyəti, işədüzəlmə, poçt şöbələrinin fəaliyyətinin daha da genişləndirilməsi məsələləri ilə bağlı olub. Qəbul zamanı vətəndaşları narahat edən bir sıra məsələlər yerində həllini tapıb, aidiyyəti üzrə olmayan digər müraciətlər isə müvafiq qurumlara çatdırılması üçün qeydiyyata alınıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR