Müşfiq Hətəmov: “2013-cü ildə kino sənayesində 90 faiz yerli mütəxəssislərdən istifadə olunub” - FOTO - VİDEO

Müşfiq Hətəmov: “2013-cü ildə kino sənayesində 90 faiz yerli mütəxəssislərdən istifadə olunub” - <span style="color: red;">FOTO  - <span style="color: red;">VİDEO
# 12 fevral 2014 11:22 (UTC +04:00)

Bakı. Cavid Zeynalov – APA. “201 3-cü ildə kino sənayesində 90 faiz yerli mütəxəssislərdən istifadə olunub və çəkiliş proseslərində xaricdən gətirilən texnikanın mümkün qədər qarşısı alınıb”. APA-nın məlumatına görə, bunu “Nizami” kino mərkəzindəki mətbuat konfransında “Azərbaycanfilm” kinostudiyasının direktoru Müşfiq Hətəmov deyib. O bildirib ki, yerli mütəxəssislərin potensialından istifadə edilməsi gənc nəslin yetişməsində, təcrübə əldə etməsində müsbət rol oynayır: “2013-cü ildə xaricdə yaşayan altı gənc rejissor kino müsabiqələrinin qalibi oldu. Bir faktı xüsusi vurğulamaq istərdim ki, ilk dəfə olaraq Azərbaycan film tarixində 10 nəfər gənc rejissor film çəkdi. Bu filmlər bir çox xarici şirkətlərin marağına səbəb olub”.

M. Hətəmov qeyd edib ki, hazırda televiziya şirkətləri ilə əməkdaşlıq davam edir və bunun nəticəsi kimi İctimai Televiziya ilə müştərək “Qarabağnamə” filmi çəkilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR