Azərbaycan vətəndaşları Türkiyədə dövlət qulluğuna qəbul edilə bilər - FOTO

Azərbaycan vətəndaşları Türkiyədə dövlət qulluğuna qəbul edilə bilər - <span style="color: red;">FOTO
# 23 yanvar 2014 09:34 (UTC +04:00)

APA-nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Türkiyənin Dövlət Kadrlar İdarəsinin sədri Mehmet Ali Kumbuzoğlu deyib.

O bildirib ki, Azərbaycan vətəndaşlarının Türkiyədə dövlət qulluğuna qəbul edilməsi üçün qarşılıqlı olaraq bu istiqamətdə işləri davam etdirəcəklər: “Türkiyədə xüsusilə səhiyyə sistemində kadrlara böyük ehtiyac var. Bu mövzuda həkimlərin müqavilə əsasında cəlb edilməsinə dair addımlar atırıq. Hazırda Türkiyənin səhiyyə sistemində işləyən azərbaycanlılar var”.

Mehmet Ali Kumbuzoğlu Türkiyədə dövlət qulluğuna qəbul sahəsində olan bəzi yeniliklərin Azərbaycanda da tətbiq olunacağının gözlənildiyini söyləyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR