«Xalq Bank»ın illik mənfəəti azalıb

«Xalq Bank»ın illik mənfəəti azalıb
# 31 yanvar 2014 11:25 (UTC +04:00)

Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanın «Xalq Bank» ASC 2013-cü ildə əldə etdiyi gəlirlərin həcmi 78,525 mln. manat təşkil edib ki, bu da 2012-ci ilin müvafiq göstəricisindən 13,9% çoxdur. Bankdan «APA-Economics»ə verilən məlumata görə, eyni zamanda bankın xərcləri 19,0% artaraq 64,482 mln. manata çatıb.

Bankın hesabatına əsasən, il ərzində bank 14,042 mln. manat həcmində mənfəət əldə edib ki, bu da illik müqayisədə 4,2% azdır.

Qeyd edək ki, hesabat dövründə bankın faiz gəlirləri 77,238 mln. manat, qeyri-faiz gəlirləri 1,286 mln. manat, faiz xərcləri 32,739 mln. manat, qeyri-faiz xərcləri isə 31,743 mln. manata bərabər olub. Ötən il bankın faiz mənfəəti 28,6% artaraq 44,500 mln. manat, qeyri-faiz zərəri 57,2% artaraq 30,457 mln. manat təşkil edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR