Şəki Apellyasiya Məhkəməsinin qərardadı əsasında cinayət işi başlanıb

Şəki Apellyasiya Məhkəməsinin qərardadı əsasında cinayət işi başlanıb
# 29 yanvar 2014 11:34 (UTC +04:00)

Baş Prokurorluğun mətbuat xidmətindən APA-ya verilən məlumata görə, araşdırma zamanı Mingəçevir şəhər sakini Tural Məmmədovun Rəkanət Əhmədovanın etibarından sui-istifadə edərək əri Mirzə Əhmədovla birgə nikah müddətində alqı-satqı yolu ilə aldıqları mənzili mülkiyyətçilərinin notarial qaydada təsdiq olunmuş razılığı tələb olunduğu halda, Mirzə Əhmədovdan belə razılıq alınmadan və yalnız Rəkanət Əhmədovanın Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Yevlax rayon ərazi idarəsindən çıxarış alınması üçün verdiyi etibarnamə əsasında başqa şəxsin götürdüyü kreditin təminatı kimi “Kapital Bank” ASC-nin Mingəçevir şəhər filialında girov qoymasında əsaslı şübhələr olduğundan fakta görə Cinayət Məcəlləsinin 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə cinayət işi başlanıb.

Hazırda iş üzrə istintaq davam etdirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR