Cənubi Koreyanın İrandan neft idxalı yarıbayarı azalıb

Cənubi Koreyanın İrandan neft idxalı yarıbayarı azalıb
# 15 may 2013 11:12 (UTC +04:00)

Bakı. Real Cəfərli - APA. Cənubi Koreyanın İrandan neft idxalı bir il ərzində 51% azalıb.

APA-nın “Radiofərda”ya istinadən məlumatına görə, rəsmi Seul 2012-ci ilin aprelində Tehrandan 1 milyon tondan çox neft aldığı təqdirdə, bu rəqəm 2013-cü ilin eyni ayı ilə müqayisədə 507 821 tona (gündəlik 124 min barel) düşüb.

Bundan əlavə, bu ilin aprel ayında Cənubi Koreyanın İrandan neft idxalı mart ayına nisbətən gündəlik 8 min barel azalıb.

Qeyd edək ki, rəsmi Seul ötən ilin avqust və sentyabr aylarında Tehrandan neft idxalını tamamilə dayandırıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR