Azərbaycanlı sahibkarlar Tacikistanda keçiriləcək biznes və investisiya sammitinə dəvət alıb

Azərbaycanlı sahibkarlar Tacikistanda keçiriləcək biznes və investisiya sammitinə dəvət alıb
# 03 iyul 2014 14:55 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Tacikistanda Biznes və İnvestisiya Sammiti keçiriləcək.

Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondundan (Azpromo) “APA-Economics”ə verilən məlumata görə, sammit “Euroconvention Global” təşkilatının təşəbbüsü ilə sentyabrın 24-25-də Düşənbə şəhərində baş tutacaq.

Sammit 6 sessiyadan ibarət olacaq və Tacikistan - ticarətin və investisiyaların gücləndirilməsi, bank, sığorta və icarə sektorlarının inkişafı, infrastruktur, nəqliyyat, loqistika və beynəlxalq ticarət, kənd təsərrüfatı biznesi, bərpa olunan enerji və mineral resurslar mövzularına istiqamətlənəcək.

Azərbaycanda fəaliyyət göstərən sahibkarlar və işgüzar dairələr sammitdə iştiraka dəvət olunur. Tədbirdə iştirak etmək istəyən azərbaycanlı iş adamları Azpromo-ya müraciət edə bilərlər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR