Qırğızıstanda ara qarışıb

Qırğızıstanda ara qarışıb
# 31 may 2013 09:15 (UTC +04:00)

Bakı – APA. Qırğızıstanın İssık-Kul vilayətinin Ceti-Oğuz rayonunun Tamqa kəndində kütləvi iğtişaş baş verib. APA-nın “K-News” agentliyinə istinadən verdiyi məlumata görə, Kanada şirkəti tərəfindən istismar edilən Mumtor qızıl mədəninin milliləşdirilməsini tələb edən sakinlər magistral yolları bağlayıb və bir sıra inzibati binaları ələ keçiriblər. Onlar qızıl mədəninə daxil olaraq müəssisənin elektrik enerjisini kəsiblər.

Polisin iğtişaşlarda iştirak edən 100-ə yaxın adamı saxlaması vəziyyəti daha da gərginləşdirib. Rayon administrasiyasının binasını ələ keçirən kütlə həbs olunanların buraxılmasını tələb edib. Polisin təxminən 3 min nəfərdən ibarət olan kütləni dağıtmaq üçün gözyaşardıcı qaz və səs bombalarından istifadə etdiyi bildirilir. Hazırda toqquşmalar davam edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR