BMT məruzəçisi: “Krım tatarları təhdid edilir”

BMT məruzəçisi: “Krım tatarları təhdid edilir”
# 19 iyun 2014 11:16 (UTC +04:00)

Bakı. Zümrüd Paşayeva – APA. Krım tatarları təhdid edilir.

APA-nın “Anadolu” agentliyinə istinadən verdiyi məlumata görə, bunu BMT-nin Ukrayna üzrə məruzəçisi Canni Maqazzeni bəyan edib.

Krımda insan haqlarının pozulduğunu deyən C. Maqazzeni bununla bağlı narahat olduqlarını bildirib.

C. Maqazzeni həmçinin Krımdakı Ukrayna dili məktəbinin əvvəlki kimi fəaliyyət göstərə bilmədiyini qeyd edib. Statistik göstəricilərə gəldikdə isə BMT məruzəçisi Ukrayna daxilində yaşayış yerini dəyişmək məcburiyyətində qalanların 34 min nəfərdən çox olduğunu bildirib. Onun sözlərinə görə, onlardan 15 min nəfər Donetsk və Luqansk vilayətlərinin, 10 min nəfər isə Krım sakinləridir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR