Bakının mərkəzi küçələrindən biri 10 günlük bağlanıb

Bakının mərkəzi küçələrindən biri 10 günlük bağlanıb
# 18 iyun 2014 07:28 (UTC +04:00)

Bunu “APA-Economics”ə Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyev bildirib.

Ötən gün saat 23:00-da Həsən Əliyev küçəsinin Cəlil Məmmədquluzadə küçəsi ilə kəsişməsindən Azər Əliyev küçəsi ilə kəsişməsinədək olan hissəsi bağlanıb.

Həmin ərazidə kommunikasiya xətləri üçün qazılmış xəndəklər lazımi materiallarla doldurulduqdan sonra, kipləşdirmə işləri aparılacaq. Həmçinin beton bordürlər mərmər bordürlərlə əvəz ediləcək.

Köhnə asfalt-beton örtüyü frez mexanizmi vasitəsilə qaşınaraq yenisi ilə əvəz olunacaq.

Bütün işlər 7-10 gün müddətində yekunlaşacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR