İranda dörd yeni neft və təbii qaz hövzəsi kəşf edilib

İranda dörd yeni neft və təbii qaz hövzəsi kəşf edilib
# 12 mart 2014 14:04 (UTC +04:00)

Bakı. Real Cəfərli - APA. İranda dörd yeni neft və təbii qaz hövzəsi kəşf edilib.

APA-nın “Fars” xəbər agentliyinə istinadən verdiyi məlumata görə, bu hövzələr ölkənin cənub, qərb və mərkəzi bölgələrində tapılıb və hazırda onların ortaq bir hövzə olub-olmaması məsələsi araşdırılır.

Cənub və qərb bölgələrində kəşf edilən hövzələrin ortaq ola biləcəyi qeyd edilib. Həmin hövzələrdəki xam neftin həcminin 2 mlrd. barel olduğu və yüksək keyfiyyətli neft olduğu ehtimal edilir. Bununla da İranın xam neft hövzələrinin həcmi 160 mlrd. barelə çatıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR