Türkiyədə TANAP kəmərinin keçdiyi ərazilərdə yerləşən özəl mülkiyyətlərin dövlət tərəfindən alınmasına dair sənəd hazırlanıb

Türkiyədə TANAP kəmərinin keçdiyi ərazilərdə yerləşən özəl mülkiyyətlərin dövlət tərəfindən alınmasına dair sənəd hazırlanıb
# 26 fevral 2014 15:23 (UTC +04:00)

Bakı. Aynur Əliyeva - APA-Economics. Türkiyədə TANAP boru kəmərinin keçdiyi ərazilərdə yerləşən özəl mülkiyyətlərin dövlət tərəfindən alınmasına dair sənəd hazırdır. Müvafiq sənəd artıq Türkiyə Nazirlər Kabinetinə təqdim olunub.

APA-Economics”in Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, bunu Türkiyənin enerji və təbii sərvətlər naziri Taner Yıldız enerji forumunda çıxışı zamanı bildirib.

BP şirkətinin Azərbaycan, Türkiyə və Gürcüstan üzrə prezidenti Qordon Birrel isə deyib ki, şirkət öz tərəfdaşları ilə birgə “Şahdəniz-2” layihəsi üçün işləyir. O, vurğulayıb ki, təbii qazın yerli hasilatı azalacaq və Avropada təbii qaz idxalı artacaq: “Avropa Birliyinin təbii qazdan asılılığı 86% yüksələcək”.

Qeyd edək ki, TANAP layihəsinin boru xəttinin Türkiyə hissəsini təxminən 1 830 km nəzərdə tutulub. Bundan başqa, kəmərin Eskişəhərə qədər diametrinin 56 düym, Avropa hissəsində isə 47 düym olması planlaşdırılıb.

Dörd mərhələdə həyata keçiriləcək layihənin ilk mərhələsi 2018-ci ildə başa çatacaq, 2020-ci ildə kəmərin buraxılış qabiliyyəti ildə 16 mlrd. kubmetrə, 2023-cü ildə 23 mlrd. kubmetrə, 2026-cı ildə isə 31 mlrd. kubmetrə çatdırılacaq. İlk dövrdə TANAP kəməri ilə nəql olunacaq 16 mlrd. kubmetr Azərbaycan qazının 10 mlrd. kubmetri Avropaya, 6 mlrd. kubmetri isə Türkiyəyə çatdırılacaq.

Xatırladaq ki, TANAP layihəsində ARDNŞ 68%, BOTAS və TPAO 20%, VR isə 12% paya sahibdir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR