Qazaxda “Kişi və qadın”a ictimai baxış olub

Qazaxda “Kişi və qadın”a ictimai baxış olub
# 30 iyun 2014 16:15 (UTC +04:00)

Bakı. Cavid Zeynalov – APA. İyunun 27-də Qazax Dövlət Dram Teatrında Əli Əmirlinin “Kişi və qadın” komediyasına ictimai baxış olub. Teatrdan APA-ya verilən məlumata görə, tamaşanın rejissoru xalq artisti Zülfüqar Abbasov, rəssamı Səyyad Məmmədovdur. Rollarda teatrın direktoru Saqif İskəndərov, Zəmanə Orucova, Xanım Məmmədova, Hacı Hacıyev və Nazilə Məmmədova çıxış ediblər.

Qeyd edək ki, əsər ilk dəfə görkəmli rejissor Hüseynağa Atakişiyev tərəfindən Dövlət Gənclər Teatrında tamaşaya qoyulub. Sonralar Gəncə, Qusar, Mingəçevir teatrları da bu əsərə müraciət ediblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR