Azərbaycanda fəaliyyət göstərən diplomatlar üçün Qubaya infotur təşkil edilib - FOTO

Azərbaycanda fəaliyyət göstərən diplomatlar üçün Qubaya infotur təşkil edilib - <span style="color: red;">FOTO
# 20 may 2014 11:01 (UTC +04:00)

Quba. Vəli Turan - APA. Azərbaycanın Mədəniyyət və Turizm Nazirliyi Xarici İşlər Nazirliyi ilə birgə Azərbaycanda fəaliyyət göstərən 30 ölkənin diplomatik nümayəndəliyinin təmsilçiləri üçün Quba rayonuna infotur təşkil edib.

APA-nın şimal bürosunun verdiyi məlumata görə, Quba Rayon İcra Hakimiyyətinin başçısı Mübariz Ağayev qonaqlara Qubanın tarixi, təbiəti və turizm potensialı haqqında məlumat verib. Daha sonra diplomatik nümayəndələr Qubada “Yaşıl Teatr”da incəsənət ustalarının çıxışlarını izləyiblər.

Günün ikinci yarısı qonaqların Qubanın turizm imkanları ilə tanış olacağı, Quba Soyqırımı Memorial Kompleksini ziyarət edəcəyi bildirilir.

Mayın 21-də isə Qusar rayonu ilə tanışlıq planlaşdırılır.

İki gün davam edəcək infoturun məqsədi səfirliklərin nümayəndələri Azərbaycanın, xüsusilə də Quba-Qusar bölgəsinin zəngin turizm potensialı, tarix-memarlıq abidləri, milli mətbəxi və adət və ənənələri ilə tanış etməkdir.

Azərbaycanın turizm potensialı ilə tanışlıq və təbliğat məqsədilə bu cür turların mütəmadi olaraq keçirilməsi nəzərdə tutulur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR